AZ

Dövlət-özəl tərəfdaşlığı və elektrik enerjisi istehsalı layihələrinə münasibətdə 30 il vergi azadolmaları tətbiq ediləcək

Dövlət-özəl tərəfdaşlığı və elektrik enerjisi istehsalı layihələri çərçivəsində xidmətlərin göstərilməsi, eləcə də həmin xidmətlərin göstərilməsi ilə bağlı infrastrukturun yaradılması və idarəedilməsi ilə əlaqədar layihələrin icrası ilə bağlı vergi azadolmaları tətbiq ediləcək.

Bu Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, dövlət-özəl tərəfdaşlığı layihələri üzrə özəl tərəfdaş olan, habelə dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə, Nazirlər Kabineti tərəfindən müəyyən edilən məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan hüquqi şəxslərə və fərdi sahibkarlara müvafiq olaraq "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanuna uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsində və ya "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanuna uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsində müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq güzəştlərin (gəlir, mənfəət, əmlak, torpaq, idxalda ƏDV) verilməsi nəzərdə tutulur.

Qeyd edilib ki, bu güzəştlər 2024-cü il yanvarın 1-dən, yəni 1 il əvvəldən nəzərə alınacaq.

© APA

Seçilən
2
4
marja.az

5Mənbələr