AZ

Bu, tibb işçiləri və həkimlərin də maaşı artırılmalıdır - Deputat 

“2025-ci il dövlət büdcəsi qalib dövlətin, xalqın büdcəsi olmaqla yanaşı, sosialyönümlü olması baxımdan da mühüm əhəmiyyət kəsb edir. Büdcədə səhiyyə xərclərinin 2 milyard manatadək yüksəlməsi bunun bariz göstəricisidir. Bu həm də ötən illə müqayisədə səhiyyə xərclərinin 7,1 faiz artması deməkdir. Büdcədə səhiyyə xərclərinə 4,8 faizə yüksəlməsi ildən ilə artımı trendə çevrilməsi  dövlətin sosial dövlət modelinə yanaşmasının bir nümunəsidir”.

Ölkə.Az xəbər verir ki, bunu deputat Müşfiq Məmmədli Milli Məclisdə parlamentlərin birgə iclasında 2025-ci ilə büdcə layihəsinin müzakirəsi zamanı deyib. 

Deputatın sözlərinə görə, əgər əvvəllər adambaşına düşən icbari sığorta 90 manat təşkil edirdisə, növbəti ildən bu 124,1 manat təşkil edəcək. “Bu 2021-ci illə müqayisədə 35 faiz artım deməkdir. Bu da öz növbəsində səhiyyə xidmətinin keyfiyyətinin artımına səbəb olacaq”, - o qeyd edib.

Deputat əlavə edib ki, publik hüquqi şəxsə çevrilən tibb müəssisələrinin dotasiyasız fəaliyyət göstərəcəyi strateji hədəfdir: “Bu gün ölkədə publik hüquqi şəxs kimi fəaliyyət göstərən 339 xəstəxana var. Lakin onlardan bir çoxu özünümaliyyələşdirmə sisteminə keçib və dotasiyasız fəaliyyət göstərir. Bilmək istərdim ki. Qarşıdakı müddətdə nə qədər publik hüquqi şəxs olan tibb müəssisi gələcəkdə dotasiyası fəaliyyət göstərməsi planlaşdırılır. 

Hesab edirəm ki, özünümaliyyələşdirmə sisteminə keçəcək hüquqi publik şəxslərin sərbəst və istifadə etmədiyi vəsaitlərin gələcəkdə daha gəlirli sahələrə yönəldilərək əlavə gəlir gətirməsi daha doğru yanaşma olardı. 

Növbəti bir təklifim isə ondan ibarətdir ki, TƏBİB tabeleyində olan həkim və tibb işçilərinin maaşı kifayət qədər artdığından, bu maaş artımın TƏBİB tabeliyində olmayan tibb işçiləri və həkimlərə də şamil edilsin”.

Ölkədəki tibbi kadrlar çatışmazlığı ilə bağlı məsələyə mövqeyini bildirən deputat deyib ki, statistikaya görə, 1991-ci ildə ölkədə 28100, 2024-cü ildə isə 33600 həkim fəaliyyət göstərib. “Bu müddət ərzində həkimlərin sayında 5500 artım olub. Əgər o dövrdə əhali sayına görə 10 min nəfərə 39 həkim düşürdüsə, 2024-cü ildə hər 10 min nəfərə 33 həkim düşür. Bu isə həkim sayında azalmanı göstərir. Ona görə də gələcəkdə həkim sayının artırılmasına ciddi diqqət yetirilməlidir”.

Mürtəza
Ölkə.Az

Seçilən
19
olke.az

1Mənbələr