AZ

8000-lik azərbaycanlı “Semih” komanda yoldaşlarına böyük miqdarda PUL QAZANDIRDI

Ülvi İsgəndərov Premyer Liqanın cari mövsümündə qol hesabını 13-cü turda açdı. Elmar Baxşıyevin yayda «Qəbələ»dən dəvət etdiyi hücumçu «Sumqayıt»la qarşılaşmada «Araz-Naxçıvan»a qələbə qazandırdı. 85-ci dəqiqədə Mustafa Əhmədzadənin yerinə meydana daxil olan azərbaycanlı “Semih Şüntürk” 2 dəqiqə sonra adını tabloya yazdırdı. Ayda 8000 manat əməkhaqqı alan Ülvinin sayəsində 1:0 udan və turnir cədvəlinin ikinci pilləsində yerini möhkəmləndirən «Araz» 30 min manat əldə edib. Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov komandaya məhz bu qədər mükafat ödəyib.
SPORTİNFO.AZ

Seçilən
9
sportinfo.az

1Mənbələr