AZ

Lars Aaqaard: COP29-da yeni maliyyə hədəflərinə nail olmaq üçün...

Danimarka dünya birliyini COP29-da yeni maliyyə hədəfinə nail olmaq üçün əməkdaşlığa çağırır.

“Sherg.az” xəbər verir ki, bunu Danimarkanın iqlim, energetika və kommunal xidmətlər naziri Lars Aaqaard COP29 çərçivəsində yüksək səviyyəli iclasda bildirib.

O bildirib ki, Danimarka 2030-cu ilə qədər istixana qazı emissiyalarını 70 % azaltmaq üçün iddialı hədəf müəyyən edib.

L.Aaqaard, həmçinin iqlim maliyyəsinin genişləndirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Danimarka yeni maliyyə hədəfinə nail olmaqda liderlərdən biri olmağı öhdəsinə götürür və digər ölkələri əməkdaşlığa dəvət edir.

"Qlobal emissiyalar azalmalı və uyğunlaşma ilə bağıə səyləri sürətləndirilməlidir. Bu, quru və dəniz ekosistemlərimizin qorunması, həmçinin dayanıqlı gələcək üçün vacibdir", - nazir vurğulayıb.


Seçilən
27
2
sherg.az

3Mənbələr