AZ

Fazil Mustafadan partiyaların maliyyələşməsi ilə bağlı TƏKLİF

Siyasi partiyaların maliyyələşməsində daha optimal yol tapılmalıdır.

 

Modern.az-ın məlumatına görə, bunu parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələlərinin birgə iclasında 2025-ci ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

 

F. Mustafa əlavə edib ki, siyasi partiyalara bölüşdürülən vəsaitin mexanizminə baxmaq lazımdır: “Çünki partiyaların sayı artıb. Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır. Bunun mexanizmini tapmaq lazımdır ki, vəsaitlərin partiyalar arasında bölüşdürülməsi narahatlıq doğurmasın”.

Seçilən
4
3
modern.az

4Mənbələr