AZ

Yeni Dehlidə iş yerləri bağlanır - SƏBƏB

Hindistanın paytaxtı Yeni Dehlidə çalışanların yarısı evdən işləyəcək.

Bakıvaxtı.az "İndiatoday"-ə istinadla xəbər verir ki, Dehli əyalətinin ətraf mühit naziri Qopal Rai "X" sosial media hesabında paytaxtda havanın çirklənməsinin qarşısını almaq üçün tədbirlərin görüldüyünü açıqlayıb.

Rai Yeni Dehlidə hava çirkliliyini azaltmaq üçün dövlət idarələrində çalışan işçilərin yarısının evdən işləməsinə qərar verildiyini bildirib.

Qeyd edək ki, Yeni Dehlidə hava keyfiyyəti "ağır" kateqoriyanın yuxarı həddini keçərək indiyə qədər qeydə alınan ən pis səviyyəyə çatıb.

Əli Hüseynov

Seçilən
10
bakivaxti.az

1Mənbələr