AZ

Təhlükəsiz yol hərəkəti uşaqların gözü ilə - AYNA və DYP uşaqlarla görüşdü - FOTOLAR

Uşaq travmatizminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Avtosfer.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları ilə birgə “Uşaq hüquqları aylığı” çərçivəsində təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədilə maarifləndirmə xarakterli “Təhlükəsiz yol hərəkəti uşaqların gözü ilə” adlı tədbir keçirilib. Çıxış edən məruzəçilər yollarda uşaq travmatizminin minimuma endirilməsi istiqamətində görülən işlər, qarşıda duran vəzifələrdən danışıb, bu sahədə uşaq və yeniyetmələr arasında məsuliyyət hissinin daha da gücləndirilıməsinin mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

 “Uşaq hüquqları aylığı” çərçivəsində təşkil edilən tədbirdə azyaşlılara yol nişanları və yol hərəkəti qaydaları haqqında məlumat verilib. Uşaqlar mövzuya uyğun əyləncəli oyunda iştirak ediblər, onlara sertifikatlar təqdim olunub.

AYNA-nın Təlim-Tədris Departamenti və “Sürücü Təlim Mərkəzi” MMC-nin dəstəyi ilə həyata keçirilən maarifləndirici tədbirdə DİN-in Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları da iştirak ediblər. 

FOTO QALEREYA
Seçilən
22
avtosfer.az

1Mənbələr