Birləşmiş Ştatların Prezidenti seçilmiş və 2025-ci ilin yanvarında öz səlahiyyətlərinin icrasına başlayacaq Donald Tramp yüksək vəzifələrə daha bir təyinatı açıqlayıb.
E-saglam.az ABŞ mediasına istinadla xəbər verir ki, məşhur türkəsilli kardioloji cərrah, professor Mehmet Öz Birləşmiş Ştatların Federal Səhiyyə Sığortası Departamentinə rəhbərlik edəcək.
Qeyd edək ki, Mehmet Öz ABŞ-da tanınmış həkimdir və o, Donald Trampın seçkiqabağı kampaniyasında fəal iştirak edib.
© Azərtac
E-saglam.az