AZ

İsrailin sabiq baş naziri: "İran nüvə dövlətinə çevrilə bilər"

"İran faktiki olaraq, nüvə dövlətinə çevrilmək ərəfəsindədir". 

Bakıvaxtı.az "Politico"ya istinadən xəbər verir ki, bunu İsrailin sabiq baş naziri Ehud Barak deyib.

Onun sözlərinə görə, nüvə başlığı yaratmaq üçün Tehrana bir neçə gün və ya bir neçə həftə lazım olacaq:

"İsrail hökumətinin başçısı Benyamin Netanyahunun İrana qarşı eskalasiya və nüvə obyektlərinə zərbə endirmək niyyəti ola bilər. İndiyə qədər ABŞ prezidenti Co Bayden onu belə bir addımdan çəkindirib. Ağ Evin yeni rəhbəri Donald Tramp da eyni mövqedən çıxış edəcək".

Gülşən Şərif

Seçilən
11
bakivaxti.az

1Mənbələr