AZ

Narışkin: NATO-nun Ukraynanın uzunmənzilli raketlərlə zərbələrində iştirakı cəzasız qalmayacaq

Narışkin:

NATO ölkələrinin Ukraynanın Rusiyanın dərinliklərinə uzunmənzilli raketlərlə zərbələrinin təmin edilməsində iştirak etmək cəhdləri cəzasız qalmayacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin "Nasionalnaya Oborona" jurnalına müsahibəsində bildirib.

O vurğulayıb ki, Rusiyanın nüvə silahından istifadə səbəblərinin siyahısını genişləndirilməsi əslində onun döyüş meydanında məğlubiyyətə uğrama ehtimalını istisna edir.

Narışkinin sözlərinə görə, Qərb bu sənədin təsdiqini ehtiyatla qarşılayıb, çünki onlar belə bir addımın ABŞ və NATO-nun Rusiyanı strateji məğlubiyyətə uğratmaq səylərini əhəmiyyətli dərəcədə dəyərdən saldığını başa düşürlər.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru qeyd edib ki, Qərb fəlakətli hərbi münaqişəyə qarışmamaq üçün Rusiya ilə münasibətlərdə daha çox təmkinli olmağın lazım olduğunu dərk edir.

Seçilən
0
7
xalqcebhesi.az

8Mənbələr