AZ

Donald Tramp Amerikda fövqəladə vəziyyət elan edəcək

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp miqrantların deportasiyası üçün fövqəladə vəziyyət elan etmək niyyətindədir.

O, bu barədə noyabrın 18-də “Truth Social” sosial şəbəkəsində tərəfdarının paylaşımına cavab olaraq bildirib.

Amerikalı mühafizəkar fəal, “Judicial Watch” təşkilatının prezidenti Tom Fitton yazıb: “Yaxşı xəbər: Donald Trampın yeni administrasiyasının fövqəladə vəziyyət elan etməyə hazırlaşdığı və hərbi resursların köməyi ilə ABŞ-ın hazırkı prezidenti Co Baydenin hücumlarının qarşısını almağı planlaşdırır”.
Tramp bu mesajı “HƏQİQƏTDİR!!!” şərhi ilə paylaşıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
11
editor.az

1Mənbələr