"UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub".
Sonuncu – VI turda 9 qarşılaşma baş tutub.
Fernandu Santuşun baş məşqçisi olduğu Azərbaycan yığması ilə yanaşı, Türkiyə də meydana çıxıb. Qardaş ölkənin komandası səfərdə Monteneqro ilə üz-üzə gəlib.
Niderland səfərdə Bosniya və Herseqovinanın, Almaniya isə Macarıstanın qonağı olub.
UEFA Millətlər Liqası
VI tur
19 noyabr
A Liqası
III qrup
23:45. Bosniya və Herseqovina – Niderland 1:1
23:45. Macarıstan – Almaniya 1:1
Xal durumu: Almaniya - 14, Niderland - 9, Macarıstan - 6, Bosniya və Herseqovina - 2.
B Liqası
I qrup
23:45. Çexiya – Gürcüstan 2:1
23:45. Albaniya – Ukrayna 1:2
Xal durumu: Çexiya - 11, Ukrayna - 8, Gürcüstan - 7, Albaniya - 5.
IV qrup
23:45. Monteneqro – Türkiyə 3:1
23:45. Uels – İslandiya 4:1
Xal durumu: Uels - 12, Türkiyə - 11, İslandiya - 7, Monteneqro - 3.
C Liqası
I qrup
23:45. Slovakiya – Estoniya 1:0
23:45. İsveç – Azərbaycan 6:0
Xal durumu: İsveç - 16, Slovakiya - 13, Estoniya - 4, Azərbaycan - 1.
D Liqası
II qrup
23:45. Malta – Andorra 0:0
Xal durumu: Moldova - 9, Malta - 7, Andorra - 1.
Qeyd edək ki, noyabrın 22-də UEFA Millətlər Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. Tədbir İsveçrənin Nyon şəhərində, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.