AZ

"Cavan oğlan haqqımızda nə deyibsə, yaxşı edib" - Vahid Əziz

Xəbər verdiyimiz kimi, yazar Tural Turan sosial media hesabında bəzi yazıçı və şairlərin ədəbiyyatdan silinəcəyini bildirib.

Redaktor.az-ın əməkdaşı məsələylə bağlı Xalq şairi Vahid Əzizlə əlaqə saxlayıb.

O, saytımıza açıqlamasında bu fikirləri normal qarşıladığını bildirib:

“Vaxtilə biz də özümüzdən yaşlı şairləri inkar etmişik. Bu özünü tanıtmaq, müzakirə yaratmaq üçün bir addımdır. Amma sonradan görmüşük ki, düz etməmişik. İndi də bu cavan oğlan haqqımızda nə deyibsə, yaxşı edib. Allah qələminə qüvvət versin. Bizim taleyimizi o gənc yazar yox, xalq həll edir. Mən belə şeylərə normal baxıram. Böyük şairimiz Sabir Rüstəmxanlı da o gəncin cavabını verib”.

Qeyd edək ki, T.Turan yazısında Xalq şairləri Nəriman Həsənzadənin, Vahid Əzizin, Sabir Rüstəmxanlının, Fikrət Qocanın, Xalq yazılarından Elçinin, Anarın, yazıçılardan Hidayət Orucovun, Elçin Hüseynbəylinin, şairlərdən Məmməd İsmayılın, Məmməd İlqarın, Paşa Qəlbinurun, Əjdər Olun, Vaqif Bəhmənlinin, Qəşəm Nəcəfzadənin və Rəşad Məcidin adını çəkib.

Vasif ƏLİHÜSEYN

 

Seçilən
39
1
redaktor.az

2Mənbələr