Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin (MTK) əməkdaşları ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinə sui-qəsd hazırlamaqda şübhəli bilinən mütəşəkkil cinayətkar dəstənin üzvünü saxlayıblar.
7News.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə MTK-nın mətbuat mərkəzindən məlumat verilib.
"Kamçibek Asanbekin (kriminal avtoritet) mütəşəkkil cinayətkar qrupunun fəal üzvü Ruslan Duyşeyev saxlanılıb. Mövcud məlumatlara görə, Duyşeyev axtarışda olduğu müddətdə MTK-nın rəhbərliyinə qarşı sui-qəsd təşkil etmək üçün plan hazırlayıb", - deyə məlumatda bildirilib.