AZ

"Nəqliyyat sektoru prioritetləşdirilməlidir"

"Niderlandda nəqliyyata yeni yanaşmanı müəyyən edən mobillik baxışı hazırlanıb və bu baxışın əhatə dairəsinin genişləndirilməsi üzərində iş aparılır".

Teleqraf.com xəbər verir ki, bu sözləri Niderlandın ətraf mühit və beynəlxalq əlaqələr nazirinin müavini Aafke van Rijn COP29-da keçirilən İqlim və Urbanizasiya üzrə Nazirlər Toplantısı çərçivəsində “Yaşıl Şəhər Nəqliyyatı” adlı Yüksək Səviyyəli Dəyirmi Masada deyib.

O bildirib ki, ölkədə ağıllı, tələbata əsaslanan nəqliyyat həlləri təşviq edilir: “Bir sözlə, biz davamlı mobilliyə keçidi sürətləndirmək üçün hökumətin bütün səviyyələrində və bütün maraqlı tərəflərlə işləyirik. İqlim dəyişikliyi ilə mübarizədə nəqliyyat əsaslı rol oynayır. Buna görə də nəqliyyat sektoru prioritetləşdirilməlidir".


Müəllif: Rəqsanə Həsənova
Seçilən
11
teleqraf.com

1Mənbələr