AZ

"ABŞ-ın zərbə icazəsi Zelenskini məğlubiyyətdən xilas edəcək"

"Birləşmiş Ştatların dəstəyi Ukraynanı bataqlıqdan çıxaracaq"

Turkustan az xəbər verir ki, bu fikirləri TASS-a müsahibəsində iranlı politoloq və beynəlxalq təhlükəsizlik üzrə mütəxəssis, professor Mehdi Seyf Təbrizi deyib. O, bildirib ki, ABŞ Rusiya-Ukrayna münaqişəsinin davam etdirilməsində maraqlıdır, ona görə də onlar Ukrayna ərazisindən Rusiyanın dərinliklərinə qədər uzaq mənzilli Amerika silahları ilə zərbə endirməyə icazə verdilər".

“Ukraynadakı münaqişənin sonu Zelenski və komandasının hakimiyyətinin sonu olacaq. Trampın Ağ Evə qayıtması Qərbin zorakılığı dayandıracağına və düşmənçilik planından əl çəkəcəyinə heç bir zəmanət vermir. ABŞ başda olmaqla Qərb göstərdi ki, Ukraynada sülhün və gərginliyin azaldılmasının qəti əleyhinədir, çünki müharibənin davam etdirilməsi hərbi sənaye müəssisələrinin və bir sıra Qərb hökumətlərinin maraqlarına xidmət edir”, - deyə Seyf Təbrizi əlavə edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
36
turkustan.az

1Mənbələr