AZ

Azərbaycanlı hakim Çempionlar Liqasının oyununu idarə edəcək

Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov bu gün kişilər arasında Çempionlar Liqasının oyununu idarə edəcək. Bu barədə SİA-ya Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətindən məlumat verilib.

O, Türkiyədə yerli "Fənərbağça" və İtaliyanın "Montsa" komandaları arasında keçiriləcək matçda ikinci hakim funksiyasını yerinə yetirəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

AVF-nin Kommunikasiya şöbəsinin koordinatoru Nərgiz İsmayılova da bu gün kişilər arasında Çempionlar Liqasının oyununda iş başında olacaq. O, “Levski” (Bolqarıstan) - “Lüneburq” (Almaniya) duelində hakimlərin işinə qiymət verəcək. Həmin qarşılaşma saat 22:00-da başlayacaq.

Seçilən
1
12
sia.az

10Mənbələr