AZ

İrandan Britaniyaya mesaj: “Bu addımınıza cavabımız olacaq”

Böyük Britaniyanın Tehrana qarşı növbəti sanksiyaları ilə əlaqədar olaraq, bu ölkənin səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz bildirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Mehr” agentliyinin məlumat yayıb.

Qurumdan səfirə deyilib ki, İran Britaniyanın bu cür addımlarına cavab verəcək.

Avropa İttifaqı Şurası İranın Rusiya və Yaxın Şərqdəki silahlı qruplaşmalarına hərbi-texniki dəstəyi səbəbindən Tehrana qarşı sanksiyaları genişləndirib.

“Islamic Republic of Iran Shipping Lines” (IRISL) dəniz daşımaları şirkəti və onun direktoru Məhəmməd Rza Xiyabani sanksiyala siyahısında daxil edilib.


Müəllif: Qənirə Süleymanova
Seçilən
13
46
teleqraf.com

10Mənbələr