AZ

Dion Corc: İqlim maliyyələşməsi ildə 1,3 trilyon dollara çatdırılmalıdır

İqlim maliyyələşməsi məsələsində ildə 1,3 trilyon ABŞ dolları məbləğində göstəriciyə çatmağa çalışmaq lazımdır, əks halda iqlim dəyişikliyi ilə mübarizədə qarşıya qoyulan məqsədlərə nail olmaq mümkün olmayacaq.

Bu barədə “Report”a açıqlamasında Cənubi Afrika Respublikasının (CAR) meşə, balıqçılıq və ətraf mühit naziri Dion Corc bildirib.

Onun sözlərinə görə, iddialı məqsədlər və iqlim maliyyələşməsi üzrə danışıqlar kifayət qədər çətin keçir, çünki bəzi nümayəndələr barışmaz mövqe tutublar:

"Bəzi nümayəndələr kifayət qədər sərt mövqe tutublar. Biz müəyyən böhranla üzləşirik, ona görə də bizə liderlik lazımdır. Bunun üçün isə tərəflər məsələlərə daha geniş prizmadan baxmalıdırlar".

Hələ çox müzakirələrin aparılmalı olduğunu deyən nazir konstruktiv dialoqa və nəticələrin əldə olunacağına ümidvar olduğunu bildirib.

O həmçinin qeyd edib ki, inkişaf etmiş ölkələr tərəfindən qurulan və inkişaf etməkdə olan dövlətlərə dəstək göstərilməsini nəzərdə tutan maliyyə arxitekturası işləmir:

"Biz artıq çoxdan deyirik ki, qlobal maliyyə arxitekturası inkişaf etməkdə olan iqtisadiyyata malik ölkələrin maraqlarına xidmət etmir. Biz Cənubdan Şimala kapital axınını müşahidə edirik, nəticədə isə daha kasıb oluruq".

D.Corc vurğulayıb ki, inkişaf etməkdə olan ölkələr iqlim maliyyələşməsinin müzakirəsinə və bununla bağlı bütün arxitekturanın yenidən nəzərdən keçirilməsinə böyük maraq göstərir:

"Bu, çox vacibdir. Biz bütün ölkələrin bu məsələni müzakirə etməsi üçün səylə çalışırıq. Biz bunun mümkünlüyünə inanırıq, çünki inkişaf etməkdə olan bir çox ölkələrin həmin mövzuya marağı var".

Seçilən
10
5
musavat.com

10Mənbələr