AZ

“Bomba siklonu” Vaşinqtonda 600 min insanı işıqsız qoyub

ABŞ-ın şimal-qərbində baş verən “bomba siklonu” nəticəsində bir nəfər həlak olarkən, Vaşinqton ştatında 600 mindən çox insan işıqsız qalıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın şimal-qərbinə təsir edən “bomba siklonu” Vaşinqton ştatında ağacların aşmasına və yolların bağlanmasına səbəb olub.

Yanğınsöndürmə işçiləri sakinlərə xəbərdarlıq edib ki, evlərinin alt mərtəbəsinə sığınsınlar, pəncərələrdən uzaq dursunlar və lazım olmadıqca çölə çıxmasınlar. Səlahiyyətlilər, güclü külək və yağışa səbəb olan qasırğa nəticəsində bir qadının yıxılan ağacın altında qalaraq həyatını itirdiyini açıqlayıb.

Qasırğa səbəbindən Vaşinqtonda 600 mindən çox insan işıqsız qalarkən, Oreqonda 15 min, Kaliforniyada isə 19 min insan işıqsız qalıb.

Seçilən
13
3
sia.az

7Mənbələr