AZ

İsveç 2045-ci ilə qədər iqlim neytrallığına nail olmağı öhdəsinə götürür – Nazir

Bakı. Trend:

İsveç 2045-ci ilə qədər iqlim neytrallığına nail olmağı vəbundan sonra mənfi emissiyalara çatmağı hədəfləyir.

Trend xəbər verir ki, bunuİsveçin iqlim və ətraf mühit naziri Romina Purmoxtari COP29çərçivəsində Bakıda keçirilən sammitdə çıxışı zamanı bildirib.

"Bizim strategiyamız innovasiyaların və biznes sektorununpotensialından istifadə üzərində qurulub", — deyə R.Purmoxtari qeydedib.

O, İsveçin bərpa olunan enerji mənbələri, nüvə enerjisi, ekolojitəmiz polad və dayanıqlı maliyyə sahələrində nailiyyətlərinivurğulayıb.

"Iqlim dəyişikliyi bizim mövcudluğumuza təhlükə yaradır", — deyəo vurğulayıb.

"Mən qarşınızda təkcə çağırışlarla deyil, həm də ümid və unikalimkanlarla dayanmışam", - nazir dərhal tədbirlərin görülməsinəçağırıb.

R.Purmoxtari İqlim Dəyişikliyi üzrə Hökumətlərarası EkspertlərQrupunun (IPCC) danılmaz elmi sübutlarına və xəbərdarlıqlarınadiqqət çəkərək, "yaşıl" iqtisadiyyata keçidin açdığı tərəqqi vərifah potensialını da qeyd edib.

İsveç COP28-də Dubayda əldə olunan tarixi razılaşmanı yüksəkqiymətləndirib və bunu "qalıq yanacaqlardan azad gələcəyə doğrudönüş nöqtəsi" adlandırıb.

Nazir beynəlxalq ictimaiyyəti COP29-da bu irəliləyişidəstəkləməyə çağırıb.

"Bərpa olunan enerji bu prosesi liderlik edəcək və nüvə enerjisi2050-ci ilə qədər qlobal sıfır emissiya səviyyəsinə nail olmaqdaəsas rol oynayacaq", — deyə o vurğulayıb və nüvə enerji güclərininüç dəfə artırılmasının 1,5°C hədəfini qorumağa kömək edəcəyiniəlavə edib.

R.Purmoxtari bütün ölkələri COP30 öncəsi yeni və iddialı millitöhfələr (NDC) təqdim etməyə çağırıb.

"Biz bütün iqtisadi sektorları, bütün istixana qazlarını əhatəedən və 1,5°C hədəfinə tam uyğun olan öhdəlikləri təmin etməliyik",— deyə o qeyd edib.

O, İsveçin bu məqsədlərin işlənib hazırlanmasında və həyatakeçirilməsində etibarlı tərəfdaş olaraq dəstək verəcəyinivurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
15
1
az.trend.az

2Mənbələr