AZ

Kəndlərdə işləməyə gedən gənc mütəxəssislərə şad xəbər

Kəndlərə gənc mütəxəssis kimi işləməyə gedənlərə aylıq əmək haqqına əlavə stimullaşdırıcı ödəniş üçün ilə 2025-ci ilə dövlət büdcəsində 13 milyon manatın ayrılması nəzərdə tutulub.

Paralel.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclis komitələrində 2025-ci il  büdcəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, növbəti ilə təhsil sahəsinin inkişafı və bu sahədə çalışanların sosial şəraitinin yaxşılaşdırılması üçün lazımi maliyyə vəsaitini ayrılması nəzərdə tutulur.
 Nazir bildirib ki, növbəti ilədə pulsuz tədris kitablarının hazırlanmasına 20 milyon manat ayrılacaq. “Bundan əlavə 120 mindən artıq tələbəyə təqaüdün verilməsi nəzərdə tutulur. 88 min 5 yaşlı uşaqların məktəbə hazırlığa cəlb olunması üçün 38 milyon manat ayrılacaq. Şagirdlərin sağlamlığının təmini ilə məşğul olan tibb müəssilərinin aylıq müavinətinin ödənilməsinə 8 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur”, - nazir qeyd edib. 

Mürtəza
Paralel.az

Seçilən
1
2
paralel.az

3Mənbələr