AZ

Bütün ölkə boyu həyəcan siqnalı veriləcək



Noyabrın 21-22-də Qazaxıstan ərazisində bütün ölkə boyunca həyəcan siqnalı veriləcək.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat verib. Nazirlik qeyd edib ki, məqsəd “Qış-2024” respublika komanda-qərargah təlimlərinin keçirilməsidir.

Təlim dövlət orqanlarının və qüvvələrinin qış mövsümündə fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə tədbirlərə hazırlığı çərçivəsində baş tutacaq.

Təlimin respublika qərargahı Kokşetau şəhərində yerləşir.

Təlimlərə yerli icra hakimiyyəti orqanları, mərkəzi dövlət orqanları, respublika və regional xidmətlər və mülki müdafiə vasitələri, Müdafiə Nazirliyinin ərazi bölmələri cəlb olunub.

Anar Əliyev
Seçilən
11
newscenter.az

1Mənbələr