AZ

FETÖ-nün gizli evlərinə basqın: Fətullah Gülənin əsas mühafizəçilərindən biri ələ keçdi

Türkiyənin Kayseri şəhərində keçirilən əməliyyat zamanı FETÖ-nün sabiq lideri Fətullah Gülənin şəxsi mühafizəçiliyini etmiş keçmiş polis rəisi də daxil olmaqla doqquz nəfər saxlanılıb.

Demokrat.az-ın DHA-ya istinadla verdiyi məlumata görə, bu barədə hüquq-mühafizə orqanlarından xəbər verilib.

Bildirilir ki, Daxili İşlər Nazirliyinin Terrorla Mübarizə və Kəşfiyyat İdarəsinin əməkdaşları FETÖ-yə qarşı aparılan istintaq çərçivəsində təşkilatın gizli sığınacaqlarına basqın ediblər.

Əməliyyat zamanı təşkilatın başçısı Fətullah Gülənin mühafizəçisi olmuş vəzifədən azad edilmiş polis rəisi A.A. (58), həmçinin vəzifədən azad edilmiş polis rəisi Ö.A. (52), işdən çıxarılmış həbsxana nəzarətçisi Ö.B. (34), barəsində qəti 7,5 il həbs cəzası olan H.K. (42), S.Y. (32), E.T. (42), M.T. (41), İ.D. (54) və E.Ç. (39) tutulublar.

Seçilən
26
demokrat.az

1Mənbələr