AZ

Nazir: Gələn il Orta Dəhlizlə daşınan blok qatarların sayını 600-ə çatdırmağı planlaşdırırıq

Azərbaycanın ümumi tranzit həcmi 2023-cü ildə 13,4 milyon tona çatıb ki, bunun da 4,3 milyon tonu Orta Dəhliz vasitəsilə həyata keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev COP29da "Dayanıqlı rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar" mövzusunda nazirlərin iştirakı ilə dəyirmi masada çıxışında deyib.

"2024-cü ilin əvvəlindən biz Çindən Orta Dəhliz vasitəsilə bloklu qatarların hərəkətini asanlaşdırdıq. Bu ilin sonuna kimi biz Azərbaycan limanlarına orta tranzit müddəti 10 gün, Gürcüstan, Poti və Batumi limanlarına isə 12 gün olmaqla 300-dən çox bloklu qatarın ərazimizdən keçəcəyini gözləyirik. Gələn il biz blok qatarların sayını 600-ə çatdırmağı planlaşdırırıq. Əsas məqsəd gələcək illərdə bu rəqəmi 1000 blok qatarına çatmaqdır. Azərbaycan 2030-cu ilə qədər yaşıl qaz tullantılarını 35 faiz azaltmağı qarşısına məqsəd qoyaraq ekoloji davamlılığa sadiq qalır. Biz Yaxın Şərq Dəhlizi üzrə genişləndirmə planlarımızı irəli sürərkən dayanıqlılığa ciddi diqqət yetiririk. Dəmir yolu sistemimiz həm sərnişin, həm də yük daşımaları üçün müasir elektrovozlardan istifadəyə imkan verir", - deyə nazir əlavə edib.

Seçilən
21
bakivaxti.az

1Mənbələr