AZ

“Azərsun Holdinq” Yaşıl zonada "İstehlakçılıqdan dövriyyəyə" panel müzakirəsi təşkil edəcək

"Azərsun Holdinq" COP29-un Dayanıqlı İnkişaf tərəfdaşı kimi qlobal iqlim tədbirlərinin təşkilində fəal iştirak edir. Şirkət, son günlərdə COP29 çərçivəsində təşkil olunan Yaşıl Zona pavilyonunda süni intellekt, təkrar emal, resursların səmərəli istifadəsi və sağlam həyatla bağlı müxtəlif təqdimatlar və seminarlar keçirib. Tədbirlərdə media nümayəndələri, müxtəlif şirkətlərin əməkdaşları və beynəlxalq tərəfdaşlar iştirak ediblər.

Növbəti panel müzakirəsi 21 noyabr saat 10:00-11:00 aralığında Yaşıl Zona “Kainat” zalında baş tutacaq. “İstehlakçılıqdan dövriyyəyə: Resursların səmərəli istifadəsi və iqlim fəaliyyəti ilə həddən artıq istehlak probleminin həlli” mövzusunda keçiriləcək müzakirədə, iqlim dəyişikliyi ilə mübarizə, davamlı inkişaf və gənc liderlərin bu sahədəki rolu ətrafında fikir mübadiləsi aparılacaq. Tədbirdə əsas çıxışçılardan biri, Azərsun Kağız və Karton Korporasiyası nəzdində fəaliyyət göstərən Kağızın Təkrar Emalı Fabriki müdiri Əli Məmmədov olacaq.

    “Azərsun Holdinq”, ekoloji dayanıqlığı təmin etmək məqsədilə təkrar emal sahəsində tətbiq etdiyi innovativ yanaşmalarla yanaşı, həm də sosial məsuliyyət təşəbbüslərinə böyük önəm verir. Şirkət, yerli və beynəlxalq səviyyədə ətraf mühitin qorunmasına və iqlim dəyişiklikləri ilə mübarizəyə töhfə vermək üçün fəaliyyətini genişləndirməkdədir.

    Seçilən
    2
    11
    bakivaxti.az

    10Mənbələr