AZ

Deputatın "Zəngimcell" oyunu: "Balansınız bitmişdir..."

Deputatın

Milli Məclisin deputatı Elnarə Akimovanın istifadəsində olan mobil telefon nömrəsinin “Zengimcell”i diqqət çəkib.

Reyting.az
Pravda.az-a istinadla xəbər verir ki, deputatın “Nar” nömrəsinə zəng edənlər “Balansınız bitmişdir, artırın” “Zengimcell”ini dinləyərək balanslarının bitdiyini zənn edirlər. 

Məsələni aydınlaşdırmaq üçün Elnarə Akimovanın mobil nömrəsi ilə əlaqə saxladıq, məlumatın doğru olduğu aydınlaşdı. Deputat isə zəngə cavab verməyib. 

Qeyd edək ki, Milli Məclisin VII çağırış deputatı Elnarə Seydulla qızı Akimova 46 saylı Sumqayıt beşinci seçki dairəsini təmsil edir. Milli Məclisin Elm və Təhsil, Mədəniyyət komitələrinin üzvüdür. 
Seçilən
12
2
reyting.az

4Mənbələr