ABŞ noyabrın 20-də Kiyevə 275 milyon dollar dəyərində yeni hərbi yardım paketini elan edəcək.
Azpost.info xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Osti bildirib.
“Noyabrın 20-də Ağ Ev Ukraynaya 275 milyon dollar məbləğində əlavə hərbi yardım elan edəcək”, – CNN-in məlumatında bildirilir.
Ostinin sözlərinə görə, yeni paketə raket sistemləri, artilleriya və tank əleyhinə silahlar üçün sursatlar daxil olacaq.
Azpost.info