Yazını böyüt
Yazını kiçilt
Şagirdlərin kompüterləşməsinə 40 milyon manat vəsait ayrılması proqnozlaşdırılır.
Hafta.az xəbər verir ki, bunu Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələlərinin birgə iclası zamanı 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazirin sözlərinə görə, Azərbaycanda hazırda hər 9 şagirdə 1 kompüter düşür.
O qeyd edib ki, məktəblərin yüksəksürətli şəbəkəyə qoşulması da əsas məsələlərdəndir: “1737 müəssisə yüksəksürətli internetə qoşulub”.