AZ

Deputat: “Yenə Azərbaycan futbolu qara günlərindən birini yaşadı”

“Dünən yenə Azərbaycan futbolu qara günlərindən birini yaşadı. Biz 30 ildir bu günləri yaşamağa məhkum oluruq”.

İdman.biz “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Şahin İsmayılov Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.

“Nə üçün biz hər dəfə böyükhesablı məğlubiyyətləri, ağır nəticələri görürük? Yaxşı olar ki, AFFA buna diqqət göstərsin. Hər bir futbolçunun üzərində daşıdığı formaya böyük məsuliyyəti olmalıdır”, - deyə deputat bildirib.

Qeyd edək ki, Azərbaycan yığması bir gün öncə İsveçə 0:6 hesabı ilə uduzaraq Millətlər Liqasında D divizionuna enib.

İdman.biz

Seçilən
27
5
idman.biz

6Mənbələr