AZ

Hava limanları yenilənmiş sertifikasiya standartlarını tətbiq edib – Oliver Yankovets

Bakı. Trend:

Paris Sazişinə uyğunluğu təmin etmək və ekoloji davamlılığa nailolmaq məqsədilə hava limanları yenilənmiş sertifikasiyastandartlarını tətbiq edib.

Trend xəbər verir ki, bubarədə “ACI EUROPE”un baş direktoru Oliver Yankovets "Havalimanlarının iqlim sahəsində fəaliyyətinin nümayişi" mövzusundakeçirilən panel müzakirəsi zamanı bildirib.

"Yeni tədbirlər CO₂ emissiyalarının mütləq azalmasına və İqlimDəyişikliyi üzrə Hökumətlərarası Ekspertlər Qrupunun (IPCC) müəyyənetdiyi 1,5°C və 2°C hüdudunda qlobal istiləşmənin qarşısını almaqüzrə uzunmüddətli məqsədlərə çatmağa yönəlib.

Əsas dəyişikliklər aşağıdakıları əhatə edir: Hava limanıərazisində CO₂ emissiyalarının mütləq azalması, ekoloji fəaliyyətinşəffaflığını artırmaq üçün hesabat və karbon emissiyalarınınazaldılmasına dair tələblərin sərtləşdirilməsi, hava limanlarınınbütün fəaliyyət mərhələlərində karbon izinin azaldılmasıtəşəbbüslərinin həyata keçirilməsi üçün işgüzar tərəfdaşlarlaəməkdaşlığın dərinləşdirilməsi", — deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
26
az.trend.az

1Mənbələr