AZ

İngiltərə və Yunanıstan klublarının sahibi cinayətkar təşkilata dəstək verməkdə ittiham olunub

İngiltərənin "Nottingem Forest", həmçinin Yunanıstanın "Olimpiakos" klublarının sahibi Evangelos Marinakis cinayətkar təşkilata dəstək verməkdə və idmanla bağlı zorakılığa təhrik etməkdə ittiham olunub.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, o, ötən il "Olimpiakos"la "Panatinaikos" arasında Afinada keçirilən voleybol matçından sonra güllələnərək həlak olan bir polis zabitinin ölümündə təqsirləndirilir.

Hadisədə Yunanıstan təmsilçisinin bir sıra rəsmiləri ilə yanaşı, ittiham olunan funksionerin də məhkəmə qarşısına çıxacağı bildirilib.

E.Marinakisin sahibi olduğu "Olimpiakos" tərəfindən bəyanat yayılıb, bu ittihamların şantaj xarakteri daşıdığı bildirilib və ədalət tələb olunub.

Seçilən
16
2
report.az

3Mənbələr