AZ

Vüqar Gülməmmədov: "Bəzi xəstəliklər üçün xərclər xəstə sayının artım dinamikasına tam uyğun deyil"

Azərbaycanda bəzi xəstəliklərin müalicəsi üçün nəzərdə tutulmuş vəsaitlər xəstə sayının artım dinamikasına tam uyğun deyil.

"Report" xəbər verir ki, bunu Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

"2025-ci ilin dövlət büdcəsində şəkərli diabet xəstəliyi üzrə tədbirlərlə bağlı 65,9 milyon manat vəsait nəzərdə tutulub. Gələn il xəstə sayının 382 676 nəfər olacağını nəzərə alsaq (2023-cü ildə 287 773 nəfər, 2024-cü ildə 331 892 nəfər olub) bir xəstə üçün nəzərdə tutulan təminat xərci 172,6 manat olacaq. Halbuki, bu göstərici 2023-cü ildə 184 manat, 2024-cü ildə isə 175,5 manat təşkil edib", - deyə o qeyd edib.

Seçilən
16
1
report.az

2Mənbələr