AZ

Aleks Mörrey: Dezinformasiya iqlim fəaliyyəti sahəsindəki tədbirləri kölgə altına alır

"2025-ci ildə dünyanın reklam bazarında gəlirlilik həcmi 1 trilyon dolları ötəcək".

APA xəbər verir ki, bunu "Conscious Advertising Network" Qeyri-Hökumət Təşkilatının nümayəndəsi Aleks Mörrey bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bəyan edib ki, dezinformasiya və feyk sosial şəbəkə profilləri bu qədər geniş yayılmasaydı, sözügedən məbləğ daha da çox ola bilərdi:

"Dezinformasiyanın yayılması reklam bazarına etimadı azaldıb. Məsələn ABŞ-də fəaliyyət göstərən 44 mindən çox vebsayt reklam fırıldaqçılığına görə 120 milyard dollar zərərlə üzləşməli olub. Xüsusilə də iqlim dəyişikliyi sahəsindəki dezinformasiya halları qlobal reklam bazarına etibarı azaldıb. Bu, özünü söz azadlığı üzərində də göstərib. Bu kimi halların qarşısını almaq üçün ayrı-ayrı ölkələrdə iqlim jurnalistikasının təşviqi istiqamətində fəaliyyət həyata keçirilməlidir. Hesab edirəm ki, bu məsələ üzrə irəliləyişə 2030-cu ildəki COP-a qədər nail olmağa ehtiyac var. Dezinformasiya iqlim fəaliyyəti sahəsindəki tədbirləri və UNESCO-nun tövsiyələrini də kölgə altına alır. İnformativ ekosistem ətrafındakı vəziyyət də narahatlıq doğurur. Hesab edirəm ki, hökumətlər bu sahədəki fəaliyyətin şəffaflaşdırılması istiqamətində ciddi və təsirli tədbirlər həyata keçirməlidir".

Seçilən
16
apa.az

1Mənbələr