İstanbul Respublika Prokurorluğu, mediaçı və "Fənərbaxça" İdman Klubunun sədr müavini Acun Ilıcalı haqqında "qanunsuz mərc oyunları reklamı və tanıtımı" ittihamı ilə istintaq başlatdı.
"Cebheinfo.az" xəbər verir ki, dünən Acun Ilıcalının sahibi olduğu TV8-də Milli Futbol Komandası ilə Monteneqro matçının yayımı zamanı stadionun ətrafındakı reklam lövhələrində qanunsuz mərc saytının reklamı yayımlanıb.
Məsələ sosial mediada gündəm olandan sonra Acun Ilıcalı şəxsi sosial media hesabında paylaşım edib.
Ilıcalı bildirib ki, xaricdə oynanılan matçların reklam lövhələrinin satışı ev sahibi ölkənin federasiyasına məxsusdur.
3 il əvvəl TRT-də yayımlanan milli matçda da oxşar vəziyyətin yaşandığını xatırladan Ilıcalı bu açıqlamanı verib:
"İsrarla başa düşməyən, anlamaq istəməyən və ya problem istəyənlər üçün bir daha deyək. Xaricdə oynanılan matçların reklam lövhələrinin satışı ev sahibi ölkənin federasiyasına aiddir. Necə ki, Türkiyədə oynanan milli matçların reklam lövhələri Türkiyə Futbol Federasiyasına aiddir, Monteneqro-Türkiyə matçının meydançadakı reklam lövhələrinin satışı Monteneqro Futbol Federasiyası tərəfindən həyata keçirilib. TV8-in bu hadisə ilə heç bir əlaqəsi yoxdur. "