AZ

Rusiya-Ukrayna müharibəsi sehirli çubuqla deyil, düşünülmüş hərbi taktiki planlarla başa çatacaq ŞƏRH

Ukraynaya Rusiya ərazisinə ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verilməsi vəziyyəti Kiyevin xeyirinə dəyişib.

Artıq Rusiyanın strateji obyektlərinin, hərbi bazalarının hədəf olması və ümumilikdə Şimal qonşumuzin böyük itkilərlə üzləşməsi labüddür. Bu taktiki hərbi planlar Ukraynanın əlini gücləndirməklə bərabər müharibənin gedişatını dəyişə bilər. Kiyevin bu psixoloji, hərbi üstünlüyü Rusiya ordusunda ruh düşkünlüyü ilə bərabər hərbi təchizat sistemində ciddi çatışmazlığa gətirəcək.

Rusiyanın nüvə silahından istifadə edəcəyi ilə bağlı adıçəkilən bu ölkənin rəsmilərinin həddə-qorxularının, təhdidlərinin effektsiz, nəticəsiz olacağını düşünmək olar. Çünki strateji cəhətdən Rusiya bu müharibədə uduzub. Həm iqtisadi, həm də hərbi sferada böyük itkilər, öz qardaş slavyan xalqı olan ukraynalılarla əbədi düşmənçilik Rusiyanın uzun illər bərpa edə bilməyəcəyi məğlubiyyətdir. Məhz belə məqamda Rusiyanın nüvə silahına əl atması özünün intiharı və milyonlarla insanın itkisi olar. Buna Şimal qonşumuzun gedəcəyi inandırıcı deyil.

Prezident Baydenin məhz indiki məqamda Ukraynaya Rusiya ərazisinə ATACMS raketləri ilə zərbələr endirməyə icazə verməsini, görünür ABŞ-da ehtimal edilən “dərin dövlət”-in məsləhəti ilə edib. Ehtimal etmək olar ki, yeni prezident seçilmiş Donald Trampla bu məqamlar koordinasiya olunur. Ötən dövrdə seçki qabağı edilmiş populist çıxışlar Trampın səs toplamasına hesablandığını düşünmək olar. Yəqin ki. ABŞ-ın yeni prezidentinə mövcud reallığın nəyi diqtə etdiyini, nəyin doğru olduğunu beyin mərkəzləri anladırlar. Ehtimal etmək olar Rusiya-Ukrayna müharibəsi sehirli çubuqla deyil, düşünülmüş taktiki hərbi planlarla başa çatacaq.

Əkrəm Bəydəmirli

Seçilən
19
sesqazeti.az

1Mənbələr