AZ

İnsanlar şəhərlərə axın edir, nəticədə məktəblərdə siniflər bağlanır - Deputat

Zərdabda işsizlikdən insanların şəhərlərə axın etməsi rayonda siniflərin bağlanması problemlərini də yaradır. Bunu deputat Jalə Əliyeva deyib. 
 
"Regionalarda işsizlik problemlər yaradır. Məktəblərdə şagirdlərin olmamasından siniflər bağlanır. Nəticədə müəllimlər işsiz qalır. Həmçinin Zərdabda 15-dən çox məktəb və bağçanın əsaslı təmirə ehtiyacı var ki, onlar da hələlik plana salınmayıb", - deputat Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələlərinin birgə iclası zamanı deyib. 
 
Deputat həmçinin vurğulayıb ki, Ucarda və Zərdabda bir neçə kəndində suvarma məsələsində problemlər var.  
 
Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
17
anews.az

1Mənbələr