Türkiyəli iş adamı, “Acun medya”nın sahibi Acun Ilıcalı barəsində istintaq başladılıb.
İstanbul Baş Prokurorluğu tərəfindən Acun Ilıcalıya, TV8 televiziya kanalına və “Exxen” rəqəmsal platforma rəsmilərinə qarşı qanunsuz mərc oyunları reklamları və təşviqatı ilə bağlı istintaq başladılıb.
Ilıcalı başlayan müzakirələrlə bağlı şəxsi sosial media hesabında açıqlama verib:
O, “İsrarla başa düşməyən, anlamaq istəməyən və ya təsəvvür yaratmaq istəyənlər üçün bir daha deyək. Xaricdə oynanılan matçların reklam lövhələrinin satışı ev sahibi ölkənin federasiyasına aiddir. Necə ki, Türkiyədə oynanan milli matçların reklam lövhələri Türkiyə Futbol Federasiyasına aiddir, Monteneqro- Türkiyə matçının meydançadakı reklam lövhələrinin satışı Monteneqro Futbol Federasiyası tərəfindən həyata keçirilib. TV8-in bu hadisənin hər hansı bir tərəfi ilə heç bir əlaqəsi yoxdur,- deyə bildirib.