AZ

Topu ayaqla yox, əllə oynayaq - TƏKLİFİM VAR

Dünən futbol üzrə Azərbaycan millisi daha bir tarixi nəticəyə imza atdı. Yığmamız səfərdə İsveç qarşısında aciz qaldı – 0:6.

Skandinaviyalılar komandamızı təntənəli şəkildə D Liqasına yolladı. Day gedib öz “dişimiz”ə görə rəqiblərlə mübarizə aparacağıq.

D Liqasına düşməmək üçün tək şansımız dünənki oyunda qələbə qazanmaq idi. İki əsas müdafiəçisi (red. Viktor Lindelöf, İsak Hien) heyətdə olmayan rəqibə ən azı bir qol vuracağımızı düşünmək olardı. 

Amma həmin görüşlə bağlı cəmi iki hadisə yadımdadır. Biri Rza Cəfərovun penaltini dəf etməsidir ki, həqiqətən də baxımlı qurtarış idi. Digəri isə Nəriman Axundzadənin qazandığı şansdır. Topu saxlaya bilsə, böyük ehtimalla qol vuracaqdı.

Amma “Qarabağ” kimi komandanın hücumçusunun top qəbulu sadəcə fiasko idi. Hətta isveçli rejissorlar epizodu dəfələrlə göstərib, ardınca Aleksandr İsakın top qəbulunu göstərirdilər. Sanki aradakı fərqi gözümüzə “soxurdular”.

Nəysə… Əslində deyəcəyim sözlər öyrəşdiyimiz şablon məsələlər deyil. 

Ciddi təklifim var. Millət olaraq bir idman növü seçək, məsələn, mənim təklifim basketboldur. Ölkədə onun kulturasını yaradaq. Yeni gələn nəsil hər yerdə basketbol haqda bir şey görsün. Hər məhəllədə basketbol meydançası salınsın (Türkiyə üsulu). Media olaraq gücü verək basketbolu işıqlandırmağa.

Futbol alınmadı. Oynaya bilmədik. Qəbul edək, bu məsələni birdəfəlik bağlayaq. Federasiya və dövlət siyasəti olaraq həvəskar şəkildə yanaşaq futbola. Milyardlarla ayrılan pulların yarısını basketbola xərcləyək, duraq qıraqda. Litva kimi. Nəticədə uşaqlarımız da boylu-buxunlu olar. Futbol dünya brendidir, buna söz yox. Amma basketbol da öz kulturası, böyük azarkeş kütləsi olan idmandır. Amerikanı demirəm heç, Serbiya, Yunanıstan kimi ölkələrə baxın. Baxmamısızsa, mütləq baxın görün adi liqa oyunları necə möhtəşəm keçir. Yoxsa ki, yapışmışıq futboldan. Heç “Neftçi” – “Qarabağ” oyununda stadionda normal atmosfer olmur. Makmimum bir-iki fakel, azarkeşlərin qarşıdurması, meydanda yüngül mübarizə… 

Demirəm ki, futbolu bir dəfəlik silək. Yox, sadəcə gözləntilərimizi minimuma endirək. Daha bu barədə çox düşünməyək. Uzun vədəli planlaşdırma filan, nə olar olar. Gözləntimiz olmadan yaşayaq. Üstünə əsib, əsəbiləşməyin adı yoxdur. Santuş da sözün əsl mənasında ölənə kimi millidə qalsın. 

Əvəzində bölgələrə uyğun iş aparmaq lazımdır. Mingəçevirdə kanoe və avarçəkmə təbliğatı yüksək səviyyədədir. Oradakı idman adamlarının, həmkarların necə çalışdığının canlı şahidiyəm. Hər il reqatalar, müxtəlif turnirlər, beynəlxalq yarışlar keçirilir. Mingəçevirə yollanarkən yeniyetmə və gənclərin necə həvəslə yanaşdığını görürəm. Kanoe və avarçəkmə şəhər əhalisinin sevimli idmanına çevrilib. Bəlkə gücümüzü bu idman növünə versək, 10 ildən sonra dünya səviyyəsində idmançılarımız olacaq. 

Qusarın voleybol şəhəri olduğunu bilməyənlərin də sayı yəqin ki, çoxdur. Həmin şəhərdə hər il jurnalistlər üçün turnir də keçirilir. Futboldan öncə gücümüzü 2-3 il voleybola verdik, gördüz nələr yaşandı? Milli komanda, “Azərreyl” daim ən yüksək yerlər uğrunda mübarizə aparırdı. Bu, hələ futbola yatırılan məbləğin çox kiçik bir qismi idi. Amma həmin layihə də dayandı. Əvəzinə pulla yenidən futbola yönəldildi. 

İdmanda üzümüzün gülməyini istəyiriksə, futbolla bağlı gözləntilərimizi geriplana atmalıyıq. Başqa çarəmiz yoxdur…

Millimiz Rusiya ilə yoldaşlıq oyunları keçirəcək

"Neftçi" - "Zirə" matçının hakimləri açıqlanıb

Millimizin DÇ-2026-nın seçmə mərhələsinin püşkatmada yer alacağı səbət dəqiqləşib

"Kəpəz"in iki futbolçusu əməliyyat olunacaq

“Qəbələ” iki yoxlama oyunu keçirəcək

Seçilən
13
1
apasport.az

2Mənbələr