AZ

İlon Mask və Donald Tramp “Starship” raketinin altıncı sınaq buraxılışını izləyiblər

Amerikalı iş adamı İlon Maskın “SpaceX” şirkəti “Starship” raketinin altıncı sınaq buraxılışını həyata keçirib. Bu barədə “The Guardian” yazır.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp uçuşu izləmək üçün Texasda Maska qoşulub. Buraxılma uğurlu alındı, lakin şirkət beşinci sınaq buraxılışının uğurunu təkrarlaya bilmədi, bu müddət ərzində nəhəng robotlaşmış qollar işə salınma meydançasına qayıtdıqda daşıyicı raketi tutdu, zədələnmənin qarşısını aldı və təkrar istifadəni təmin etdi. Bunun əvəzində“SpaceX” Meksika körfəzinə rahat eniş etdi.

Donald Tramp sosial şəbəkədə yazıb ki, o, “Yer kürəsini tərk edən ən böyük obyektin” buraxılışını izləməyə hazırlaşır.

Oktyabrın 13-də SpaceX beşinci sınaq uçuşu çərçivəsində ilk dəfə “Super Heavy” daşıyıcı raketini uğurla buraxılış kompleksinə endirdi. İlk “Super Heavy” raket gücləndiricisi “SpaceX”-in Boka-Çikadakı buraxılış meydançalarından buraxıldı və “Starship” raketinin ikinci mərhələsini təxminən 70 km yüksəklikdə ayırmadan və Yerə qayıtmağa başlamazdan əvvəl kosmosa göndərdi.

“Starship” raketi həqiqətən tarixdə ən ağır raketdir və planetlərarası missiyalar nəzərə alınmaqla hazırlanır. Altıncı buraxılış zamanı cihazın eniş trayektoriyasında bir sapma qeyd edildi, əks halda sınaqların uğurlu olduğu görünür.

“Starship” 2023-cü ildən sınaqdan keçirilir. Mask Trampın ikinci prezidenlik dövründə “Starship” sisteminin təkmilləşdirilməsi istiqamətində irəliləyişlərin sürətlənəcəyini gözləyir.

Almaz Həsənli

Seçilən
31
oxumeni.az

1Mənbələr