AZ

"İqlim dəyişikliyi ilə mübarizə üçün əhəmiyyətli maliyyə yatırımları tələb olunur"– Kanadanın nümayəndəsi

Image

İqlim dəyişikliyi ilə effektiv mübarizə aparmaq üçün əhəmiyyətli maliyyə yatırımları tələb olunur. Trend xəbər verir ki, bu barədə Kanadanın iqlim dəyişikliyi üzrə səfiri Ketrin Stüart Bakıda keçirilən COP29 sammitində milli bəyanatla çıxış edərkən bildirib.

"Bu gün qəbul etdiyimiz qərarlar və atdığımız addımlar düşündüyümüzdən daha böyük əhəmiyyət kəsb edəcək. Bu, kritik bir onillikdir. İnsanlıq hər il iqlim dəyişikliyi ilə bağlı "rekordlar" yeniləyir və bunlar təəssüf ki, ümidverici deyil", — deyə K.Stüart qeyd edib.

O vurğulayıb ki, Kanada bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə yönəlmiş beynəlxalq səyləri fəal şəkildə dəstəkləməyə hazırdır.

"Kanada, ən az inkişaf etmiş ölkələr və kiçik ada inkişaf etməkdə olan dövlətləri dəstəkləyəcək yeni transformativ iqlim maliyyələşdirmə məqsədinin yaradılması üzərində çalışır. Bu ölkələrə iqlim dəyişikliyinə uyğunlaşmaqda kömək etmək üçün bütün mənbələrdən vəsait toplamalıyıq", — deyə o bildirib.

Ketrin Stüart əlavə edib ki, Kanada iqlim dəyişikliyinə uyğunlaşmaya yönəlmiş layihələri dəstəkləyən daha əlçatan maliyyə mexanizmlərinin yaradılmasına və böhrandan ən çox zərər çəkmiş ölkələrdə borc öhdəliklərinin islahatlarına yardım etməyə yönəlmişdir.





Seçilən
28
baki-xeber.com

1Mənbələr