UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda evdə Almaniya ilə 1:1 hesablı heç-heçə edən Macarıstan millisinin hücumçusu Dominik Soboslai oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, 90+9-cu dəqiqədə penaltini dəqiq yerinə yetirərək komandasının bərabərlik qoluna imzat atan forvardın sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"1:1 hesabı bir qədər ədalətsiz nəticədir. Biz Almaniyadan daha çox qol imkanı yaratdıq. Təəssüf ki, ələ düşən fürsətləri qola çevirməyi bacarmadıq. Bu oyundan müsbət nəticə çıxarmalıyıq: biz sadəcə, yaratdığımız təhlükəli vəziyyətləri qola çevirə bilmədik".
Nihat