AZ

Braziliya G20-yə sədrliyi Cənubi Afrikaya təhvil verib

Bakı, TurkicWorld

Braziliya prezidenti Luis İnasio Lula da Silva, ölkəsinin ev sahibliyi etdiyi G20 Dövr Sədrliyini Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosaya təhvil verib.

TurkicWorld xəbər verir ki, bu hadisə G20 Liderlər Zirvə Toplantısının bağlanış mərasimində baş tutub.

Lula da Silva, Braziliyanın G20-yə sədrliyi dövründə əldə etdiyi uğurları vurğulayaraq , mühüm addımları qeyd edib.

Lula, sədrliyi müddətində Braziliyanın 15 şəhərində 140-dan çox görüş keçirdiyini və işçi qruplarının demək olar ki, hamısında konsensusa nail olunduğunu vurğulayıb.

O, həmçinin çıxışında Afrika və Latın Amerikası arasındakı tarixi, mədəni, siyasi və iqtisadi əlaqələri xatırladaraq, bu iki regionun əməkdaşlığını daha da gücləndirmək üçün platformaların yaradılmasının əhəmiyyətini qeyd edib.

G20-nin yeni sədri olan Siril Ramafosa, G20 liderliyini öz üzərinə götürüb. Lula da Silva həmkarına uğurlar arzulayaraq, beynəlxalq həmrəyliyin gücləndirilməsinin vacibliyini bir daha vurğulayıb.

Seçilən
41
turkic.world

1Mənbələr