AZ

COP29 çərçivəsində “Gələcəyə səfər: dayanıqlı sabah üçün dənizçilikdə dekarbonizasiya” mövzusunda müzakirələr aparılıb (FOTO)

Bakı.Trend:

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Gələcəyə səfər:dayanıqlı sabah üçün dənizçilikdə dekarbonizasiya” mövzusundamüzakirələr aparılıb.

Trend xəbər verir ki,ASCO-nun təşkilatçılığı ilə keçirilən müzakirələrdə nüfuzlugəmiçilik, liman şirkətlərinin və təsnifat cəmiyyətlərinin rəhbərşəxsləri, eləcə də, beynəlxalq dənizçilik sektorunun aparıcımütəxəssisləri iştirak ediblər.

ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev açılış nitqi iləçıxış edərək, Azərbaycanın dünyanın ən böyük tədbiri sayılanCOP29-a ev sahibliyi etməsinin tarixi hadisə olduğunu diqqətəçatdırıb.

Rauf Vəliyev çıxışında ASCO-nun dekorbanizasiya istiqamətindəgördüyü işlər və strateji hədəfləri barədə məlumat verib.

Sədr vurğulayıb ki, ASCO 2012-ci illə müqayisədə emissiyaların20% azaldılmasına nail olub. Bu da Beynəlxalq Dəniz Təşkilatının(IMO) 2030-cu il hədəfinin vaxtından əvvəl yerinə yetiriməsideməkdir:

“Bu uğuru əldə etmək asan olmadı. Ancaq bunu yeni gəmilərəinvestisiya yatıraraq, mövcud gəmiləri yenidən təmir edərək, köhnəgəmiləri istismardan çıxararaq və enerji səmərəliliyini artıraraqəldə etdik. Məqsədimiz IMO-nun 2050-ci ilədək sıfır emissiyahədəfinə nail olmaqdır və biz bunun üçün dayanıqlılıq həlləriniinkişaf etdirmə və karbon emissiyalarının azaldılmasıstrategiyalarını araşdırmaq istiqamətində aktiv fəaliyyətgöstəririk”.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoruTaleh Ziyadov çıxışında dekarbonizasiyaya dair görülən işlərhaqqında danışıb və bu sahədə əməkdaşlıqların vacibliyinətoxunub.

O qeyd edib ki, biz bütün partnyorlarımızla, həmçinin ASCO iləbirgə yaşıl dənizçilik istiqamətində səylə çalışır və inanıram ki,sıfır emissiya hədəfinə birlikdə çatacağıq.

ASCO-nun Dayanıqlılıq və emissiyaların idarəedilməsi üzrədirektoru Ələkbər Əzizli şirkətin emissiyaların azaldılmasıstrategiyası barədə geniş təqdimatla çıxış edib. O, 2050-ci ilədəksıfır emissiya hədəfinə çatmaq üçün şirkətin mərhələlər üzrəgörəcəyi işlər barədə məlumat verib.

“Capital Maritime and Trading Corp” gəmiçilik şirkətinintəsisçisi və sədri Evangelos Marinakis də çıxışında şirkətininyaşıl enerjiyə keçid prosesinə yanaşması, ikiyanacaqlı mühərriktexnologiyası və enerjiyə qənaət məqsədilə tətbiq etdiyi digərinnovativ həllərlə bağlı təcrübəsini bölüşüb.

“DP World” şirkət qrupunun üzvü “P&O Maritime Logistics”inBaş icraçı direktoru Narayana Prasad Narumanchi Venkata Lakshmi“Dekarbonizasiya strategiyaları: 1, 2 və 3-cü sahə emissiyalarınınaradan qaldırılması” mövzusunda təqdimatında dekarbonizasiyanınməqsədləri barədə ətraflı məlumat verib. O, bununla bağlıbeynəlxalq gəmiçilikdə, o cümlədən təmsil etdiyi şirkətdə tətbiqolunan yanaşma və təcrübələr barədə bir sıra nümunələr gətirib.

Nüfuzlu təsnifat cəmiyyətlərindən olan Amerika GəmiçilikBürosunun (ABS) Avropa bölməsinin Biznesin inkişafı üzrəvitse-prezidenti Ezekial Davis çıxışında bildirib ki, gəmiçiliksənayesində dekarbonizasiya tədbirləri daha dərin, təməldəyişikliyi əhatə edir: “Mənim üçün gəmiçiliyinkarbonsuzlaşdırılmasının əsl həlli üç vacib elementdən -məlumatlılıq, əməkdaşlıq və insan faktorundan asılıdır.Çətinliklərimiz ciddi olsa da, bu fundamental elementlər bizədüzgün istiqamət verir. Biz məqsədə nail olmaq üçün ASCO kimitərəfdaşlarla birlikdə işləyir, sənayemizin dəyişməsinə töhfəveririk”.

QTAGG-ın Baş kommersiya direktoru Per Österberq “Yenidekarbonizasiya texnologiyaları: EcoPilot” mövzusunda çıxış edib.Per Österberq ASCO-nun öz gəmilərində “EcoPilot” sisteminiquraşdırmasından da danışaraq, bunu innovativ və yaşıltexnologiyalara keçid istiqamətində əhəmiyyətli addım kimidəyərləndirib.

Qeyd edək ki, “EcoPilot” gəminin yanacaq sərfiyyatınınazaldılmasında və karbon emissiyalarını minimuma endirilməsindəvacib texnoloji avadanlıqlardandır. Bu sistem gəminin hərəkəttrayektoriyasını, sürətini və mühərrikin işini optimallaşdırmaqla,ekoloji cəhətdən səmərəli naviqasiyanı təmin edir.

Tədbirdə ASCO-nun COP29 çərçivəsində hazırladığı video nümayişetdirilib. Videoda dəniz nəqliyyatında emissiyaların azaldılmasınanail olmaq məqsədilə qurumun atdığı addımlar, eyni zamanda gələcəkplanları əks olunub.

Sonda ASCO-nun 165 illik tarixindən bəhs edən “Zamanla eynidalğada” kitab-fotoalbomu da təqdim edilib. Azərbaycan və ingilisdillərində nəşr olunan kitab qonaqlara hədiyyə olunub.

COP29
COP29
COP29
COP29
COP29
COP29
COP29
Seçilən
0
10
az.trend.az

10Mənbələr