AZ

Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində növbəti struktur yaratdı...

Image

Aydın Xan Əbilov: “Türk Dövlətləri Təşkilatının “Qlobal Məqsədlərdən Yerli Fəaliyyətə” şüarı altında keçirilən müzakirələrində maraqlı təkliflər səslənir”

Bakıda COP29 çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) iqlim dəyişikliyinə dayanıqlı kəndlər Forumunun yaradılması haqqında saziş imzalanıb. Saziş “Qlobal Məqsədlərdən Yerli Fəaliyyətə: Davamlı Aqro-Ərzaq Sistemlərinin Gücləndirilməsi üzrə Regional Təşəbbüslər” adlı tədbir çərçivəsində imzalanıb. 

Sənəd TDT regionunda iqlim dəyişikliyinə uyğunlaşma sahəsində təcrübə mübadiləsi imkanlarının yaradılması, mövcud problemlərin qiymətləndirilməsi və kənd icmalarının iqlim dəyişikliyinə davamlılığını artırmaq imkanlarının gücləndirilməsi məqsədi daşıyır.

“İqlim dəyişikliyinə dayanıqlı kəndlər forumunun yaradılması təklifi dünyanın aparıcı ölkələri tərəfindən də dəstəklənir”

Forumun yaradılmasının əhəmiyyəti haqqında danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri,  www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananin təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Bakıda keçirilən COP29 tədbiri bəşəriyyətin qarşısında duran böyük ekoloji böhranı, qarşılaşa biləcəyiniz digər təbiət hadisələrini dünyanın aparıcı beyin, siyasi rəhbərlərinin nəzərinə çatdırdı: “Türk dövlətləri təşkilatı türkdilli xalqların yaşadığı ölkələrin qarşılaşa biləcəyi ekoloji təbiət hadisələrini bir neçə dəfə müzakirə aparıb. Ancaq COP29 müzakirələri daha geniş variantda, beyin mərkəzlərinin iştirakı ilə keçirildi. Keçirilən müzakirələrdə maraqlı təkliflər səslənir. Məlumdur ki, iqlim dəyişikliyi daha çox şirin su, meşə, torpaq və s. problemləri bizim qarşımıza qoyub. Xüsusən də son illər ictimai qlobal iqlim böhranları bizim kəndlərimizi boşaldıb. Bu gün kəndlərdən şəhərə və mühacirətə gedənlər az deyil. Belə bir vaxtda kənd təsərrüfatında işsizlik, torpaqların eroziyası, şirin su hövzələrinin azalması, qlobal istiləşmə və digər hadisələr aqrar sektorda məhsulların yetişməsində böyük problemlər yaradır. Bu  bütün türk ölkələrində var”. 

Həmsöhbətimizin sözlərinə görə, Bakıda keçirilən COP29 bizə imkan yaratdı ki, türkdilli dövlətlər iqlim dəyişikliyi ilə bağlı çıxışlar etsin. Məlum çıxışlar zamanı iqlim dəyişikliyinə dayanıqlı kəndlər forumunun yaradılması təklif olunur: “Bu təklif dünyanın aparıcı ölkələri tərəfindən də dəstəklənir. Bəli, biz bunun ilkin işartılarını Smart – ağıllı kənd, qəsəbə işlərində dünyaya nümayiş etdirdik. Türk dövlətləri Azərbaycanın təcrübəsindən istifadə edə bilər”.

Günel CƏLİLOVA





Seçilən
24
baki-xeber.com

1Mənbələr