AZ

“ƏRDOĞANIN PLANI UKRAYNAYA ORDU YERİTMƏKDİR” – “Putini məcbur edəcəklər”

“Göründüyü kimi, ingilislər və fransızlar Kiyevə Rusiya ərazisinə daha əvvəl hücum etməyə icazə verməyə hazır idilər, lakin onlar tərəddüd edib, ABŞ-dən rəsmi icazə gözləyirdilər. Xüsusən də fransızlar bir ay əvvəl bəyan etmişdilər ki, istədikləri vaxt bu məsələyə yenidən baxa bilərlər. Düşünürəm ki, əslində Rusiyanın tanınmış ərazisindəki hərbi hədəflərə uzaqmənzilli raketlərin atılmasına icazəni hər üç ölkə - ABŞ, Böyük Britaniya və Fransa verib. Ancaq hücumlar üçün ərazi yalnız Kursk bölgəsi ilə məhdudlaşdı. Vaşinqton, Paris və Londonun Ukraynanın hər raket zərbəsinə veto hüququna malik olması faktını da demirəm. Yəni, Ukrayna Silahlı Qüvvələri tam əməliyyat azadlığına malik olmayacaq”.

“AzPolitika” xəbər verir ki, bunu “Haqqin.az”-a müsahibəsində belaruslu politoloq Aleksandr Fridman Rusiya - Ukrayna müharibəsi ətrafında gedən prosesləri şərh edərkən deyib.

Seçilən
20
azpolitika.info

1Mənbələr