AZ

"Fransadakı erməni lobbisi bu kampaniyanın aparıcı hissəsi idi" — AÇIQLAMA

"COP29 ərəfəsində bəzi ölkələr Azərbaycana qarşı qərəzli kampaniya aparırdı, kampaniyanın başında da Fransa dayanırdı. Eyni zamanda Fransadakı erməni lobbisi də bu kampaniyanın aparıcı hissəsi idi. Ölkəmizə qarşı başladılan bu kampaniya Fransanın bölgədə öz geo-siyasi maraqlarını təmin etməsi məqsədi daşıyırdı. Əlbəttə ki Fransanın bu yanaşması kifayət qədər qərəzlidir və Azərbaycana qarşı təzyiq xarakteri daşıyır". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib. 

Azərbaycanın cavabının adekvat olduğunu bildirən ekspert vurğulayıb ki, Azərbaycan öz prinsiplərindən geri çəkilməyəcəyini dəfələrlə bəyan edib: 

"Fransa başlatdığı qərəz və böhtan kampaniyası ilə Azərbaycanı sülh danışıqlarında güzəştlərə məcbur etmək, Ermənistanı danışıqlar prosesindən yayındırmaq, onu sürətlə silahlandırmaqla bölgədə sülhü, əmin-amanlığı təhdid edən eskalasiya riski yaratmaq və öz məkrli məqsədlərinə nail olmaq niyyəti güdürdü. Yəni, Fransa üçün erməni xalqının maraqları heç bir əhəmiyyət kəsb etmir. Lakin ölkəmizə qarşı çirkin kampaniya aparanlar öz hədəf və məqsədlərinə nail olmadılar. 

Fikir versək, görərik ki, COP28 ötən il Birləşmiş Ərəb Əmirliklərində keçirilib. BƏƏ də neft ölkəsidir. Amma onlara qarşı qərəz, təzyiq olmadı. Azərbaycana edilən təzyiqlərin ünvanı və hədəfi bəllidir. Lakin Azərbaycan bu qərəz kampaniyasına tutarlı cavab verdi və bununla da sübut etdi ki, milli maraqlarına söykənən siyasətini bundan sonra uğurla davam etdirəcək".


Törə Zeynallı
Demokrat.az
Seçilən
11
demokrat.az

1Mənbələr