AZ

Yeni Azərbaycan Partiyasının yaranması müasir tariximizin ən parlaq səhifələrindən biridir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Ölkədə gedən bütün proseslərin mərkəzində dayanan YeniAzərbaycan Partiyasının yaradılmasından ötən 32 ilin təhlili beləbir ümumiləşdirməyə əsas verir ki, “91-lər”in müraciətiməsuliyyətli addım və doğru qərar oldu.

“91-lər”in hər biri Azərbaycanın gələcəyinə görə böyükcəsarət göstərib

21 noyabr 1992-ci ildən bizi 32 illik zaman ayırır.Təbii ki, zaman hadisələrin düzgün təhlilində vədəyərləndirilməsində zəngin mənbə rolunu oynayır. 32 il bundan öncəölkəmizdə yaşananlar Yeni Azərbaycan Partiyasının yaranmasınızərurətə çevirdi. Bu zərurəti şərtləndirən digər amil isə xalqınistəyi oldu. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasınınyaradılmasının 30 illiyinə həsr olunan tədbirdə səsləndirdiyi bufikirlər partiyanın yaradılmasını zərurətə çevirən amillərin,“91-lər”in rolunun, bu məsuliyyətli addımın və qərarın ölkəmizinbugünü üçün açdığı imkanların aydın mənzərəsini təqdim edir:“Partiyamızın yaranması tarixi hadisə idi. O vaxt gənc AzərbaycanRespublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi biryaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir,bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir. Belə birvəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvərinsanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicatyolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə UluÖndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur“91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Çünkiməhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq YeniAzərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir.Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çoxnümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yenisəhifəsinin açılmasına gətirib çıxardı.”

“91-lər”in üzvü kimi belə güclü, qüdrətli, ölkədəgedən proseslərin mərkəzində dayanan bir partiyanın yaradılmasıprosesinin iştirakçısı olmağımdan böyük qürur hissi keçirirəm.Ümummilli Lider Heydər Əliyev, onun siyasi kursunun layiqlidavamçısı Prezident İlham Əliyev “91-lər”in fəaliyyətini daimyüksək dəyərləndirib və dəyərləndirir. Ulu Öndər Heydər Əliyev YeniAzərbaycan Partiyasının 10 illiyinə həsr olunan yubiley mərasimində“91-lər, onlar artıq dillərdə əzbər olublar. Mən 91-lərin hamısınahəmişə böyük hörmət və ehtiram bəsləmişəm” söyləyərək onu dabildirmişdir ki, ona görə yox ki, 91-lərin müraciəti mənimhəyatımda böyük bir dönüş rolu oynadı. Yox. Partiyanı yaradandan 7ay sonra xalq, o cümlədən o vaxt iqtidarda olanlar, artıq qaçıbdağılmaqda olan insanlar məni Azərbaycana dəvət etməyə məcburoldular. Yəni 91-lərin müraciəti olsaydı da, olmasaydı da, 1993-cüildə Azərbaycana gələcəkdim. Ancaq o vaxt müraciətin altınaimzasını qoyan insanların hər biri Azərbaycanın gələcəyinə görəböyük cəsarət, qəhrəmanlıq göstərib. Biz onları partiyamızınəsasını qoyan veteranlar kimi öz sıralarımızda daimsaxlayacağıq.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütünsahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev tarixiZəfərimizin reallıqları fonunda keçirilən partiyanın VIIqurultayındakı çıxışında adı Ümummilli Liderin adı və fəaliyyətiilə bağlı olan Yeni Azərbaycan Partiyasının yaradılmasından,fəaliyyətindən geniş bəhs edərkən “91-lər”in rolunu xüsusi olaraqqeyd etdi. Bildirdi ki, onları Azərbaycan xalqı unutmamalıdır: “MənPrezident kimi hər zaman onların fəaliyyətini yüksəkqiymətləndirirəm. Təkcə ona görə yox ki, Heydər Əliyevə müraciətediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarınıöz şəxsi maraqlarından üstün tutdular”.

Xalqın böyük əksəriyyətinin arzu və istəklərini özündəehtiva edən “91-lər”in müraciəti Azərbaycanın həyatında mühüm dönüşnöqtəsi oldu. Onların “Azərbaycan Sizin sözünüzü gözləyir”müraciəti ölkəmizin həmin dövr üçün reallıqlarının təqdimatı vəbundan çıxış yolu olaraq yeni partiyanın yaradılması, zənginidarəçilik təcrübəsinə malik Ulu Öndər Heydər Əliyevin bu partiyayarəhbərlik etməsi zərurətinin təqdimatı idi. Həmin müraciətdə beləbir əminlik ifadə edildi ki, Yeni Azərbaycan Partiyasına bu günrəhbərlik etməyə qadir olan yeganə mütləq lider Heydər Əliyev olabilər. Yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğuməqsədə çatar, respublikanın bütün zümrələrindən olan xalqkütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi-iqtisadihəyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərinəlayiqli töhfəsini verə bilər. Əgər bu partiyanın bünövrəsini HeydərƏliyev kimi güclü dövlət xadimi qoyarsa, o, uzun illər xalqımızınbir necə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Ulu ÖndərHeydər Əliyev ziyalıların müraciətinə “Yeni, müstəqil Azərbaycanuğurunda” cavabı ilə belə bir partiyanın yaradılmasına razılığınıverməklə yanaşı, gələcəyinə böyük inamını ifadə etdi. Bildirdi ki,müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətininəsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitindəmüraciətdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılmasıobyektiv zərurətdən doğur. Belə bir partiya Azərbaycanınsiyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqilAzərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixirol oynaya bilər.

Tarixi zərurətdən yaranan partiya

Faktiki olaraq 1992-ci ilin noyabr ayı, YeniAzərbaycan Partiyasının yaradılması gənc ölkəmizin həyatında yenibir mərhələyə yol açdı. Ondan sonra bir il keçmədi 1993-cü ilinoktyabr ayında Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinindəstəyi ilə Prezident seçildi və ölkəmizin böhrandan çıxma prosesibaşladı.

Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlartariximizin faciəli səhifəsi kimi daim vərəqlənir. Müstəqilliyiniyenicə bərpa etmiş gənc Azərbaycan dövləti böyük fəlakətlə üz-üzəidi. Ölkədə gedən proseslər idarəolunmaz hal almışdı. Siyasiçəkişmələr, hakimiyyət uğrunda mübarizə Azərbaycanın müstəqilyaşamasını sual altına qoymuşdu. Hakimiyyətə qanunsuz yollarlagəlmiş AXC-Müsavat cütlüyü ölkəni uçurumun kənarına gətirmişdi.Torpaqlarımız əldən gedir, ərazi bütövlüyümüz pozulur,soydaşlarımız qaçqın və məcburi köçkün vəziyyətinə düşürdü. O vaxthakimiyyəti zəbt etmiş bədnam AXC-Müsavat cütlüyü ancaq özmaraqlarını güdürdü. Bu reallıqlar fonunda Yeni AzərbaycanPartiyasının tarixi zərurətdən yarandığı xüsusi vurğulanır.Partiyanın yaranması 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqıntəkidli tələbi ilə hakimiyyətə qayıdışını şərtləndirdi.

Artıq o vaxtdan illər keçib. Hər dövrün, zamanın öztələbi var. Müasir müstəqil Azərbaycan dövlətinin memarı vəqurucusu, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi iləhakimiyyətə qayıdışından sonra həm ölkəmizin, həm də YeniAzərbaycan Partiyasının həyatında yeni mərhələ başladı. ÜmummilliLider partiyanın gələcəyinə daim böyük inamla yanaşırdı. Onunməşhur “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri dəbu inamdan və etimaddan irəli gəlirdi. Ulu Öndər Heydər Əliyev YeniAzərbaycan Partiyasının parlaq gələcəyinə böyük inam bəsləyir vəbildirirdi ki, YAP daim yaşayacaqdır. Partiyaya yeni-yeni gəncüzvlər gələcək və partiyanın prinsiplərini gündən-günə yüksəklərəqaldıracaqlar.

Xalqa, dövlətə, dövlətçiliyə xidmətnümunəsi

Ümummilli Liderin böyük inamla səsləndirdiyi bufikirlər hazırda reallıqda öz əksini tapıb. YAP yarandığı gündənxalqın partiyasına çevrilərək dövlətə, xalqa xidməti fəaliyyətininəsasına çevirdi. Sözlə əməl birliyi, tutduğu yola sadiqliyi YAP-ıncəmiyyətdə nüfuzunun artmasında əhəmiyyətli rol oynadı. O tarixihadisədən ötən 32 il Yeni Azərbaycan Partiyasının həyatında xalqa,dövlətə və dövlətçiliyə xidmət kimi səciyyələnir. Eyni zamanda, 32ilin təcrübəsinə əsaslanaraq bu reallığı da böyük fəxr hissi iləqeyd edirik ki, ötən müddət ərzində Azərbaycan dövləti qarşıyaqoyulan bütün vəzifələri yüksək səviyyədə yerinə yetirib. Bu günAzərbaycan dünya miqyasında böyük hörmətə malik ölkə kimi tanınır.Təbii ki, bu uğurlar Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğudüşünülmüş və məqsədyönlü siyasətin, eyni zamanda, bu xəttin son 21ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsininnəticəsidir.

Bu gün partiyamız öz sıralarında 800 minə yaxın üzvübiləşdirir. Yeni Azərbaycan Partiyasının sıralarında bu qədərinsanın birləşməsi özündə bütün məqamları ehtiva edir. Xalqın bupartiyaya inamı sonsuzdur. Bunu ölkəmizdə keçirilən seçkiprosesləri də təsdiqləyir. Bu gün ölkədə hər hansı siyasi hadisəYeni Azərbaycan Partiyasının iradəsindən kənarda mövcud ola bilməz.Yeni Azərbaycan Partiyasının mövcudluğu, fəaliyyəti Azərbaycandasabitliyin təməl prinsiplərindəndir. Ümummilli Lider HeydərƏliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası qarşıdakı illərüçün istiqamət oldu. 2003-cü ildə xalqın böyük əksəriyyətininsəsini qazanaraq Prezident seçilən cənab İlham Əliyevin andiçməmərasimində səsləndirdiyi bu fikirlər müstəqil Azərbaycandövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin istər hakimiyyətininbirinci, istərsə də ikinci dövründə xalqımız, dövlətimiz naminəgördüyü işlərin, göstərdiyi xidmətlərin aydın ifadəsidir: “HeydərƏliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütünsahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanıb. Azərbaycanbeynəlxalq aləmdə özünəlayiq yerini tuta bilibdir, Azərbaycanınnüfuzu artıbdır. İndi Azərbaycanla hesablaşırlar, Azərbaycanahörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələrAzərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınmasıilə həyata keçirilir.”

Bu, bir danılmaz faktdır ki, Ulu Öndər xalqın təkidlitələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan sabitlik diyarıkimi nüfuz qazandı. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrinmüqaviləsi” Azərbaycanın etibarlı tərəfdaş kimi tanınmasınışərtləndirdi. Məhz bu təmələ əsaslanaraq bu gün Azərbaycançoxtərəfli əməkdaşlığın əsas iştirakçısı və təşəbbüsçüsü kimi çıxışedir. Bu gün Azərbaycanın iştirakı ilə həyata keçirilən enerjilayihələri dünyanın enerji xəritəsini yenidən tərtib edir.Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Möhkəmtəməl, xalqının, dövlətinin bu günü, gələcəyi üçün düşünən liderinolması böyük xoşbəxtlikdir. Azərbaycan xalqı bu xoşbəxtliyə layiqolduğunu həm bu gün yaşadığı rəvan həyatı, həm də beynəlxalqqurumların hesabatlarında ən xoşbəxt ölkə imicini qazanması iləyaşayır.

Mən Ona özüm qədər inanıram …

Bu xoşbəxtliyi davamlı edən əsas amil isə Ulu ÖndərHeydər Əliyevin 2003-cü ilin prezident seçkiləri ərəfəsində xalqatarixi müraciəti oldu. 1 oktyabr 2003-cü il müraciətində “Mən özmənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı iləyaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdəkeçib. Bu sahədə görülən işlər Sizə məlumdur, lakin mənim hələtamamlanmamış çox perspektivli planlarım var” söyləyən Ulu ÖndərHeydər Əliyev bildirdi ki, üzümü Sizə - həmvətənlərimə tutaraq,qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənimsiyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlhamƏliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatikdüşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən,enerjili və təşəbbüskar bir şəxsiyyətdir: “Sizi əmin edirəm ki, həmİlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra daxalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərəkAzərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolundaçox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyimtaleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz vədəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədərinanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Böyük Yolun davamı…

2003-cü ildən başlanan Böyük Yolun davamı Azərbaycanabiri-birindən möhtəşəm uğurlar qazandırdı. Bu gün dünyada nadirAzərbaycan inkişaf modelinin mövcudluğu düzgün qurulan siyasətin,zərgər dəqiqliyi ilə müəyyənləşdirilən inkişaf strategiyasınıntəqdimatıdır. Bu gün Azərbaycan Zəfəri və suverenliyinin tam bərpaedilməsi ilə yeni reallıqlar yaradıb. Artıq tarixi Zəfərimizindördüncü ildönümünü qeyd etdik. Hazırda azad edilmiş bütüntorpaqlarımız cənnət məkana çevrilir. Beynəlxalq əhəmiyyətlitədbirlər üçün ideal məkanlar sırasında bu torpaqlarımızın xüsusivurğulanması hər birimizi qürurlandırır.

Azərbaycanın uğurlarında öz payı, rolu olan YeniAzərbaycan Partiyası Zəfərin reallıqları fonunda 2021-ci il martin5-də keçirdiyi VII qurultay partiyanın həyatında böyük tarixihadisə oldu. Çünki bu qurultay birliyimizin, həmrəyliyimizinnümayişi olmaqla, həm də 1992-2021-ci illərdə Yeni AzərbaycanPartiyasının qarşıya qoyduğu hədəfləri reallığa çevirməsinintəqdimatı oldu. Dövlətimizin başçısı, partiyanın Sədri İlhamƏliyevin proqram xarakterli çıxışında qeyd etdiyi kimi, YeniAzərbaycan Partiyasının VII qurultayının keçirilməsinin əsas səbəbiölkədə və regionda yaranmış yeni reallıqlardır.

Ölkəmizdə həyata keçirilən islahatlar siyasipartiyaların da fəaliyyətinə öz müsbət təsirini göstərir. YeniAzərbaycan Partiyasının VII qurultayının keçirilməsi və qurultaydayeni Nizamnamənin qəbul olunması, müəyyən yeniliklərin edilməsi,struktur dəyişikliyi siyasi islahatların tərkib hissəsi kimidəyərləndirildi. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinəuyğun olaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 5 mart2021-ci il tarixində Azərbaycanın Birinci vitse-prezidenti Mehribanxanım Əliyeva YAP Sədrinin Birinci müavini təyin edildi. Mehribanxanım Əliyeva ictimai-siyasi həyatda, davamlı xarakter alanislahatlar prosesində fəal iştirakı ilə müasir müstəqil, qalibAzərbaycanın yeni-yeni hədəflərinin reallığa çevrilməsinə böyüktöhfələr verir.

Prezident İlham Əliyev qurultaydakı geniş məzmunluçıxışında partiyanın yarandığı vaxtdan indiyə kimi müstəqildövlətçiliyin və demokratik siyasi sistemin möhkəmlənməsi,ölkəmizin davamlı inkişafı, milli birliyin və vətəndaşhəmrəyliyinin təmin olunması istiqamətində göstərdiyi fəaliyyətləbağlı dəyərli fikirlər irəli sürdü. Prezident İlham Əliyevin qeydetdiyi kimi, partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasihəyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinkiAzərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır.Partiyamızın böyük ənənələri var.

YAP partiyalararası siyasi dialoqu stimullaşdırır.Siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyətistiqamətlərindən biridir. Ölkəmizdə mövcud olan siyasi dialoqtəcrübəsi YAP-ın təşəbbüsləri ilə zənginləşir. VII qurultayda qəbulolunmuş qərarlar milli həmrəyliyin yeni inkişaf mərhələsininbaşlandığını nümayiş etdirdi. Qurultayda 6 siyasi partiyanın YeniAzərbaycan Partiyasına qoşulmaq barədə qərarı milli həmrəyliyingücləndirilməsinin təqdimatı oldu.

Hakim partiya daim irəli baxır

Yeni qərarların qəbulu, yeni tərkibin formalaşmasıqarşıdakı dövr üçün görüləcək işlərin aydın mənzərəsini yaratdı.Daim yeniləşməyə, təkmilləşməyə maraqlı olan YAP ölkədə baş verənislahatlar prosesinin bütün sahələrdə öz əksini tapması üçün səylərgöstərir. Bu, özünü partiyanın qəbul etdiyi qərarlarda, irəlisürdüyü təşəbbüslərdə aydın şəkildə nümayiş etdirir. VII qurultayıntarixi hadisə kimi dəyərləndirilməsi də özündə mühüm məqamlarıehtiva edir.

Şübhəsiz ötən 32 ilin uğurlarını, keçilən şərəfli yolubir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Lakin əsas olanbudur ki, Azərbaycan dövləti, hakim Yeni Azərbaycan Partiyası əldəedilən uğurlarla kifayətlənmir, daim irəli baxır. Partiyanın ölkədəkeçirilən seçki proseslərinə qatıldığı devizləri nəzərdən keçirməkkifayətdir. Vaxtilə “Yeni Azərbaycan uğrunda” deyən Yeni AzərbaycanPartiyası bu gün Zəfərimizin diktə etdiyi vəzifələri uğurla həyatakeçirmək üçün yumruq kimi birləşməyə çağırışlar edir. Partiyanın“Biz birlikdə güclüyük!” devizi altında ictimaiyyətə təqdim edilənyeni Proqramında qarşıdakı dövrün hədəfləri öz əksini tapıb.

Son prezident və parlament seçkiləri YeniAzərbaycan Partiyasının cəmiyyətdə nüfuzuna işıq saldı

Suverenliyimizin tam bərpa edilməsi ilə qalib,bütövləşən Azərbaycan yeni dövrə qədəm qoydu. Yeni dövrün mühümhadisələri sırasında müstəqillik tariximizdə ilk dəfə olaraq bütünölkə ərazisində keçirilən prezident və parlament seçkilərini qeydedə bilərik. Hər iki seçki Yeni Azərbaycan Partiyasının cəmiyyətdənüfuzuna, xalqın partiyası kimi mövqeyini daha damöhkəmləndirməsinə işıq saldı. “Qalib xalqın qalib Lideri!”çağırışı ilə 7 fevral prezident seçkilərinə, “Yeni dövrə yeniAzərbaycanla!” şüarı ilə 1 sentyabr parlament seçkilərinə qatılanYeni Azərbaycan Partiyası tarixinə növbəti qələbə səhifələriniyazdı. Cənab İlham Əliyev prezident seçkilərində inamlıqələbəsindən sonra keçirilən andiçmə mərasimində bildirdi ki, əldəedilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənəgöstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır.Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, bizöz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləriözümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həlledirik.

Tarixin bütün sınaqlarından şərəflə çıxanalternativsiz siyasi qüvvə

Göründüyü kimi, tarixin bütün sınaqlarından şərəfləçıxan Yeni Azərbaycan Partiyası uğurlarımıza bələdçilik etməklədövrün, zamanın tələblərinə uyğun olaraq daim yeniləşməyə maraqgöstərir, yeni-yeni hədəflərin reallığa çevrilməsi istiqamətindəbütün qüvvə və bacarığını birləşdirir. Yeni Azərbaycan Partiyasınınyaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdədövlətimizin başçısı, YAP Sədri cənab İlham Əliyevin çıxışınınsonunda söylədiyi fikirlər gələcəyimizin aydın mənzərəsini təqdimedir: “İndi isə qurub-yaradırıq, Qarabağı, Şərqi Zəngəzuru yenidənqururuq. Həyatımızda və ölkəmizin həyatında tamamilə yeni dövrdür.Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədləiştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-babatorpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpaedək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq. Bugün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlılarıbaşını dik tutub. Bizim üzümüz ağdır, alnımız açıqdır. Biz müzəffərxalqıq, qalib dövlətik və bu, əbədi olacaq!”

Yeni Azərbaycan Partiyasının 32 ildə keçdiyi çətin vəşərəfli yol Ümummilli Lider Heydər Əliyevin partiyanınyaradılmasının 10 illiyinə həsr olunmuş yubiley mərasimindəsəsləndirdiyi fikirləri bu gün bir daha xatırlamağa çağırış edir:“Bilirsiniz, bizim partiyanın əsası ona görə möhkəmdir, ona görəgüclüdür ki, biz heç bir təsadüfi fikirlərlə yaşamamışıq.” Dünənin,bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası daimirəli baxır, zamanı qabaqlayır, yeni-yeni hədəfləri reallığaçevirməklə cəmiyyətdə nüfuzunu artırır. 32 illik çətin və şərəfliyolda qazanılan zəngin təcrübə həm ölkəmizə, həm də Yeni AzərbaycanPartiyasına bundan sonra daha möhtəşəm uğurlar, zəfərlərqazandıracaq.

Vüqar Rəhimzadə,

Milli Məclisin deputatı

Seçilən
2
5
az.trend.az

5Mənbələr