Azərbaycanda unun topdansatış qiyməti son iki ayla müqayisədə artıb.
KONKRET.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, sentyabrın 5-dən sonra unun topdansatış qiyməti stabil qalsa da, sonradan artım qeydə alınıb.
Hətta avqustun 12-dən etibarən istehsalçılar unun qiymətini bir manatadək azaltmışdılar.
Son iki ayla müqayisədə hazırda unun topdansatış qiymətində 0,5-1 manat artım müşahidə olunur. Açıqlanan rəsmi məlumatda ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 26,2 – 28,2 manat aralığında dəyişir. Sentyabr-oktyabr aylarında bu rəqəm 25,3 – 27,5 manat arasında dəyişib.
Ən ucuz un növü “Dəvəçi-Taxıl” MMC, ən bahalısı isə “Azeri-Arapoğlu U.S.və T.LTD” BM tərəfindən bazara təqdim olunur.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına əsasən, un istehsalçılarının hazırda topdansatış qiymətlərini təqdim edirik: