Rusiya Federasiyasının İstintaq Komitəsi keçmiş müdafiə nazirinin müavini, general Timur İvanova qarşı yeni ittiham irəli sürüb.
Paralel.az Milli.Az-a istinadən xəbər verir ki, o, iki xüsusi külli miqdarda mənimsəmə və "İnterkommerts Bank"dan ümumi məbləği 4 milyard rubldan çox olan pulların yuyulmasında ittiham olunur. Yaxın vaxtlarda İvanovu dindirməyi və onun keçmiş tabeliyində olan Anton Filatova qarşı yeni ittihamlar irəli sürməyi planlaşdırır.
Təqsirləndirilən şəxslərlə vəkillərinin iştirakı ilə İvanovun əvvəllər ona qarşı irəli sürülən yeni ittihamla tanışlığı, dindirilməsi, habelə Filatova qarşı analoji prosessual hərəkətlər barədə protokol imzalanacaq.